17 yaşlı məktəbli müəlliməsi ilə cinsi əlaqədən sonra intihara cəhd etdi – FOTO

Müstəqil.az Life istinadən xəbər verir ki, ABŞ-ın Men ştatından 29 yaşlı Cill Lamontan zorlamada ittiham olunur.
Müəllimə işlədiyi vaxtda o dəfələrlə 17 yaşlı məktəbli ilə cinsi əlaqədə olub. Hətta bundan sonra gənc özünü öldürməyə cəhd edib.
Ərli, iki uşaq anası Cill Lamontan polisin diqqətini o vaxt cəlb edib ki, onun şagirdlərindən biri intihar etməyə cəhd edib.
Gənci xilas edirlər və növbəti gün o qohumu qıza müəlliməsi ilə arasında olan romandan danışıb. Özünü öldürə biməyən gənc deyib ki, tutduğu pis işlərdən təəssüf edir. Məhkəmədə məktəblinin anası bildirib ki, oğlu müəlliməsinə aşiq olub, amma özünü istifadə olunan kimi hiss edib.
“O deyirdi ki, müəlliməsini sevir və aralarında dəfələrlə seks olub, sinifdə, onun evində, maşında. O oğluma deyirmiş ki, iki ildir seksual əlaqədə olmur” – məktəblinin anası deyib.
İntihara cəhd etməsinə baxmayaraq, məktəbli istəmir ki, Cill Lomanton həbsxanaya düşsün. Buna baxmayaraq qadını saxlayıblar və o 1000 dollar zaminlik müqabilində azadlığa buraxılıb. Zorlamada ittiham olunduğuna görə ona iki il müddətinə keçmiş şagirdi ilə əlaqədə olmaq qadağan olub. Hal-hazırda məhkəmə prosesi davam edir və növbəti iclas 22 dekabra planlaşdırılıb. Men ştatının qanunlarına görə keçmiş müəlliməni beş il azadlıqdan məhrumetməcəzası gözləyir.
Müstəqil.Az

Share: