Londonda yaşayan 12 yaşlı boksçumuz qələbə qazandı…FOTO

Xaricdə Yaşayan Azərbaycanlı İdmançılar Birliyinin üzvü, Londonda yaşayan yeniyetmə boksçumuz Məhəmməd Əli İsayev ilk dəfə iştirak etdiyi turnirdə qələbə qazanıb.
Birliyin sədri Hafiz Baxşəliyev xarici ölkələrdə yaşayan azərbaycanlı idmançıların Azərbaycanı şərəflə təmsil etdiklərini bildirib:
“Onlar ölkəmizi təmsil edib Azərbaycan bayrağını ucaldırlar.Əldə edilən qələbələr soydaşlarımıza mənəvi stimul verir. Eyni zamanda,bu cür qələbələr xaricdə prespektivli idmançılarımızın yetişməsindən xəbər verir”.
Müstəqil.Az

Share: