Lavrovla ünsiyyətdən yayındı

Hindistanda keçirilən G20 sammitinin ilk günündə Almaniya kansleri Olaf Şolts Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ünsiyyətdən yayınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Der Spiegel” jurnalı yazır.

Nəşr vurğulayıb ki, alman siyasətçi Lavrovun əlini sıxmayıb, onunla salamlaşmayıb. Rusiya XİN rəhbərinin sammitin ilk işçi sessiyasındakı çıxışlarını şərh edən Almaniya kansleri qeyd edib ki, bunlar adi hadisələrdir və o, zalda olan kiminsə onları ciddi qəbul etdiyinə şübhə edir.


Share: