Kürdlər Azərbaycanda idarəçiliyi ələ keçirmək istəyir – Qazipur

Güney Azərbaycanın idarəçiliyi kürdlərə tapşırılmayacaq.

Müstəqil.Az xəbər verir ki, bu sözləri Qərbi Azərbaycanın İran parlamentindəki millət vəkili Nadir Qazipur Qərbi Azərbaycanın idarəçiliyi haqqında danşarkən deyib.

“Qərbi Azərbaycanda idarəçilik heç vaxt etnik azlıqlara tapşırılmayıb. Bu etniklərin bəzilərinin mövqeyi bizə aydındır. Burada bir sıra etniklərin məskunlaşması və onların sayının artması əyalətin idarəçiliyini onların ixtiyarına vermək mənasına gəlmir. Burada söhbət hansısa qərəzdən getmir. Məsələn, Tehran əhalisinin ən azı 40 faizi türkdür. Lakin türklər Tehranda idarəçiliyi ələ keçirməyə çalışmır”, – deyə o qeyd edib.

Qeyd edək ki, ötən həftə kürd millət vəkilləri İranın Daxili İşlər Nazirliyinə məktub ünvanlayaraq, əyalətin idarəçiliyində kürdlərdən daha çox istifadə olunmasını tələb etmişdirlər.

Müstəqil.Az

Share: