İsrail Suriyadan İrana keçə biləcəkmi?

İsrailin Baş Naziri  Benjamin Netanyahunun Münhendəki təhlükəsizlik konfransında İranla bağlı təqdimatından sonra iki ölkə arasında bir-birini günahlandırmağa köklənən dioloq yeni sürət kəsb edib.

Tanınmış politoloq Əlimusa İbrahimov  İsrail-İran münasibətlərini şərh edərkən Müstəqil.Az-a deyib ki, Netanyahu əvvəlki təqdimatlarından daha irəli gedərək bu dəfə tribunaya  daha ciddi əyani vasitə-İsrail tərəfindən vurulmuş və guya İranda istehsal olunduğu sübut  edilən pilotsuz təyyarənin bir hissəsini nümayiş etdirib.

Təqdimatdan sonra auditoriyada hansı reaksiyanın hakim kəsildiyini deyə bilmərəm. Amma məndə Suriyada vurulmuş İsrail təyyarəsinin qanadının göstərilməsi daha çox təsir buraxardı nəinki, İranın istehsal etdiyi pilotsuz təyyarə hissəsi. Bu qənaətdəyəm ki, Netanyahu çıxışını Suriyadakı İran mövqelərini bombalaması ilə başlamalı idi. Auditoriyaya izah etməli idi ki, 1979-cu ildən bəri hər il İsrail dövləti İrana qarşı müharibəyə başlamaqla hədələyir. Amma bu hədəni hələ də həyata keçirmək istiqamətində addım belə atmayıb. Bu gedişlə İranın qarşısında dayanmaq imkansızdır. İran hədələmir, İran İran nümayəndələri təqdimat təşkil etmir, amma sakitcə irliləyir, Suriyanı tutub, İraqda əsas sözə sahibdir, Yəməni əhatə edib və sair.

İranda gözəl başa düşürlər ki, ölkələri ətrafında hay-küy yaratmaq İsrail rəhbərliyinə həm daxili, həm də xarici qüvvələr üçün lazımdır. Nəinki müharibə üçün.

İsrail Hərbi Hava Qüvvələrinin F-16 qırıcı təyyarəsinin vurulması Yəhudi dövlətində və onun himəyədarı olan Amerikada şok effekti yartdı. Baş Nazir Netanyahu dərhal dron məsələsini ortalığa atdı və İranı İsrailin sərhədlərini pozmaqda günahlandırdı. “ İsrail özünü bütün hücumlardan qoruyacaq”-deyə o bəyan etdi.

İran mövzusu İsraildə müxtəlif istiqamətlərdə istifadə olunan çox profilli movzudur. İsraildə bütün zamanlarda hakimiyyətdə olanlar hakimiyyətdə qalmaq və mövqelərini daha da gücləndirmək üçün, hakimiyyətə gəlmək istəyənlər öz rəqiblərinə qalib gəlmək üçün, hərbi sənaye silah sifarişlərini artırmaq üçün, politoloqlar gündəmdə qalmaq üçün, jurnalistlər tirajlarını artırmaq üçün bu mövzunu dövriyyədən çıxmağa qoymamışlar. Bu gün Netanyahu eyni mövzudan rüşvət alması ilə bağlı aparılan istintaqdan yaxa qurtarmaq üçün istifadə edir. Beləliklə İran mövzusu az qala İsrail cəmiyyətinin atributuna çevrilmişdi. Amma son günlərə qədər…

F-16 qırıcı təyyarəsini Suriya Hava Müdafiə Qüvvələri tərəfindən vurulib salınması vəziyyəti olduqca dramatikləşdirdi. 30 ildən artıq Orta Şərq fəzasında at oynadan İsrail aviasiyası ciddi maneəyə rast gəldi. İrana hücum etməklə hədələyən İsrail Suriyada ilişib qaldı. İsrail hərbçiləri ciddi xəbərdartlıq aldılar. Onlar düşünürdülər ki, regionda qarşılarına çıxacaq qüvvə mövcud deyil.

Bu hadisə digər ərəb və müsəlman ölkələri üçün də stimul rolunu oynayacaq. Məğlubedilməzlik haqqında İsrail ətrafında yaranan mif F-16-ya açılan bir raket zərbəsi ilə dağıdılmışdır.

İsrail İranla bağlı daha dərindən düşünməyə məcbur edilmişdir ki, bunun da dibində müharibə dayanır. Bundan sonra müharibəsiz İranın qarşısının alınması mümkün olmayacaq. Artıq İranla müharibə variantı yeni qüvvə ilə masalara qayıdacaq.

 

Amma kim götürəcək bu missiyanı üzərinə? Amerika? İsrail? Səudiyyə Ərəbistanı?

Amerika Əfqanistan, İraq, Suriyadakı hərbi əməliyyatlarda yetərincə problemlərlə qarşı-qarşıyadaır və bu siyahiyə İranın da əlavə olunacağı ağlabatan görünmür.

İsrail heç vaxt İranla ciddi qarşıdurmaya getmək cürətində deyil. O İrana hücumun nə ilə nəticələnə biləcəyini yaxşı dərk edir. İranla birbaşa müharibə Yəhudi dövlətinin artıq tarixdə neçənci dəfə süqutuna səbəb ola bilər.

Səudiyyə Ərəbistanı öz qonşuluğundakı İranpərəst qüvvələr qrşısında aciz qalıb. Onun İrana qarşı İsrail və Amerikanın yardımları və qarantiyası sayəsində olsa belə, müharibə başlamasının perspektivsiz olması hamıya məlumdur.

Regionda və ondan kənarda İranla müharibəyə girəcək qədər ağılsız olan bir dövlət xatırlaya bilmirəm.

Deməli, İran ambisiyalarını həyata keçirməkdə davam edəcək. Bu ambisiyalar regiondakı bütün dövlətləri ağuşuna almaqdadır.

Son Afrin hadisələri Türkiyənin regional güc qazanması istiqamətində ümidvericidir və fikrimcə Amerika bu dövlətlə ortaq məxrəcə gələrsə İran təhlükəsini müəyyən qədər zəiflədə bilər. Amma yumşaq güc vasitəsi ilə, nəinki hədə, qorxu və müharibə.

Əlimusa İbrahimov

Politoloq

Share: