Kürdəmirdə traktor piyadanı vurub öldürdü

Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

APA -nın xəbərinə görə, hadisə dekabrın 27-də axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun Kürdəmir rayonunun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.

Süleyman Xasay oğlu Quliyev idarə etdiyi traktorla yolu keçən piyadanı – kənd sakini, 1982-ci il təvəllüdlü Yusif Oqtay oğlu Rüstəmovu vuraraq öldürüb.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

Müstəqil.Az

Share: