İranda daha bir zəlzələ oldu

İranın şərq bölgəsində 5,0 bal gücündə zəlzələ baş verib.

Bu barədə Avropa Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri Kirman şəhərindən 31 km şimalda, ocağı isə 40 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

Xatırladaq ki, ötən gecə İranın Əlborz bölgəsində də 4,2 bal gücündə zəlzələ baş vermişdi. Yeraltı təkanlar Tehrandan 39 km uzaqlıqda, 12 km dərinlikdə qeydə alınmışdı.

Həmin zəlzələ nəticəsində 1 nəfər ölmüş, 57 nəfər yaralanmışdı.

Müstəqil.Az

 

Share: