Kürdəmirdə itkin düşən 28 yaşlı şəxs tapılıb

Kürdəmirdə itkin düşən şəxs tapılıb.

DİN mətbuat xidmətinin Şirvan şəhərindəki regional qrupundan verilən məlumata görə, dünən axşam saatlarında Kürdəmir rayonunun Pirili kənd sakini, 28 yaşlı ruhi xəstəlikdən əziyyət çəkən bir nəfər otlaq sahəsindən mal-qaranı gətirmək adı ilə çıxaraq geri qayıtmayıb.

Bundan narahat olan ailəsi onun tapılması üçün Kürdəmir rayon Polis Şöbəsinə müarciət edib.

Polis əməkdaşlarınıntəxirəsalınmadan həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs səhər saatlarında qonşu Ərşəli kəndindəki otlaq sahəsindəolduğu müəyyən edilib və o, ailəsinə təhvil verilib.

Müstəqil.Az 

Share: