Kraliça ərinin yanında dəfn olundu

Böyük Britaniya kraliçası II Elizabet Vindzor qəsrinin ərazisindəki VI Georgi kapellasında əri – Edinburq hersoqu Şahzadə Filipin yanında dəfn edilib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Bukinqem sarayının saytında məlumat verilib.

Qeyd edək ki, sentyabrın 19-da axşam Vindzor yepiskopu Devid Konner tərəfindən xüsusi dəfn mərasimi keçirilib. Kraliça VI Georginin kiçik kapellasında – Müqəddəs Georgi kilsəsinin altındakı kral məzarlığının xüsusi hissəsində dəfn edilib.


Share: