Ərbəin mərasimində 100-ə yaxın İran vətəndaşı ölüb

İraqda keçirilən Ərbəin mərasimi zamanı 100-ə yaxın İran vətəndaşı həlak olub. Bu barədə bazar ertəsi İranın Bağdaddakı səfiri Məhəmməd Kazım əs-Sadiq məlumat verib.

O, ölüm hallarını yol-nəqliyyat hadisələri, xəstəliklər və zəvvarların yaşı ilə izah edib.

Əl-Sadiqin sözlərinə görə, şiələr üçün İraq ərazisindəki müqəddəs yerləri ziyarət edən iranlıların 90%-dən çoxu artıq öz vətənlərinə qayıdıb.

O əlavə edib ki, bu il şiə müsəlmanlar üçün matəm günlərində İraqın Kərbəla şəhərinə rekord sayda – təxminən 3 milyon iranlı gəlib.

Mənbə: TASS

Share: