Kiyevdə rusların öldürdüyü 1200-dən çox cəsəd tapıldı

Ukrayna paytaxtının yerləşdiyi Kiyev vilayətində Rusiya hərbçiləri tərəfindən öldürülən 1202 dinc sakinin cəsədi tapılıb.

Müstəqil.Az xəbər verir ki, bu barədə Kiyev vilayətinin polis rəisi Andrey Nebitov məlumat verib.

Onun sözlərinə görə, meyitlər məhkəmə-tibbi ekspertiza müəssisələrinə təhvil verilib.

“Hazırda 280 meyit naməlum olaraq qalır”, – deyə Nebitov bildirib.

Mayın 2-nə olan məlumata görə, vilayətdə 300 nəfər itkin düşmüş hesab olunur. Bu rəqəm daha da arta bilər.

Müstəqil.Az

Share: