Kişilər haqqında deyilmiş maraqlı fikirlər…

Kişilər qadınların maraq obyektidir. Qadınlar kişilərin hərəkətlərini çox şişirdirlər. Məsələn, “Niyə belə edirlər?”, “Niyə bu qədər anlayışsız olurlar?”, “Niyə ilk baxdıqları yer bədənimizin harasısa olur?” Kimi suallar, ən çox soruşulan suallardır. Bu mövzuda kişilərin də rəy verdiyini bilirdiz?
Sizə o rəyləri təqdim edirik:
Jean Kerr
“Bir kişi ilə evlənmək uzun müddətdir vitrində gözünüzə ilişmiş bir şeyi satın almağa bənzər. Çox xoşunuza gələ bilər amma evə gələn kimi evdəki heç bir şeyə uyğun gəlmədiyini görərsiniz.”
Maurice Chevalier
“Bir çox kişi, paltar belə seçməyin mümkün olmadığı qədər zəif işıqda bir qıza aşiq olub.”
Diderot
“Kişilər yatdıqları hər qadını sevməzlər və sevdikləri qadınlarla yatmazlar.”
ELAYNE BOOSLER
“Küçədə heç bir zaman keçəl və kök bir qadınla gəzən bir kişi görə bilməzsiniz.”
Bernard Shaw
“Kişilər yarım düjün valı olan bir qramafon kimidirlər. Qısa müddətdə bu valların hamısından bezər amma hər qonaq gəldiyində masada oturub onları bir daha dinləmək məcburiyyətində qalarsınız.”
Leo Rüstəm
“Kişilər böyüyüb yetkinləşməzlər, sadəcə boyları uzanar.”
Zsa Zsa Gabor
“Kişi evlənənə qədər əskik bir kişidir. Evləndiyində isə artıq bitmişdir.”
Emile Zola
“Kişini kişi edən qadındır.”
Cicero
“Kişilər şəraba bənzər, illər keçdikcə pislərini turşudar, yaxşılarını yetkinləşdirər.”
Jim Backus
“Bir çox kişi müvəffəqiyyətini ilk arvadına borcludur. İkinci arvadını da müvəffəqiyyətinə.”
Rita Rudner
“Birlikdə küçədə gedirdik. Bir qızla göz-gözə gəldi və dəli kimi aşiq oldu. Qız günəş eynəyi taxırdı.”

Share: