Futbolun əfsanələri bir arada…Ronaldo İbrahimoviçin klubunu ziyarət etdi…

Braziliyalı Ronaldo ulduz futbolçu Zlatan İbrahimoviçin forma geyindiyi “Los-Anceles Qelaksi” klubunu ziyarət edib.

Müstəqil.az xəbər verir ki, futbol ulduzları soyunma otağında görüşüb. Onlar səmimi söhbətlər ediblər. Ronaldo İbrahimoviçə “kaş ki, bir yerdə oynayardıq” deyib. İbrahimoviç isə futbolun əfsanəsini xeyli tərfiləyib.

Qeyd edək ki, İbrahimoviç hər zaman braziliyalı Ronaldonun oyununu bəyəndiyini və hətta onun kumiri olduğunu dilə gətirib.

Share: