“Kimdir müqəssir” fərqli rejissor yozumu ilə Sumqayıt səhnəsində

 

Sumqayıt Dövlət Dram Teatrının yaradıcı heyəti hər zaman maraqlı eksperimentləri ilə heyrətləndirməyi bacarıb.

Ənənə davam edir. Hər zaman uğurlu işlərlə festivallara qatılan, istedadlı rejissor Fuad Kazımov Ə.Haqverdievin “Kimdir müqəssir” vodevilinl maraqlı traktovka ilə təqdim edir.
Rejissor tərəfindən əlavə edilmiş şeytan obrazı hadisələri qarışdırır, ərlə arvad arasındakı mübahisəni kulminasiya nöqtəsinə çatdırır, bir növ nağılçının missiyasını boynuna götürür. Tamaşanı iki heyət oynayır. Dağlar Rüstəmovla Vəfa Qurbanovanı gənclər Elay Xasıyev və Məryəm Hüseynli əvəz edirlər. Şeytan obrazını isə hər iki heyətdə Mehdiyev Elmir canlandırır. Hər heyətin özünəməxsus oyun tərzi var. Dağlar Rüstəmovla Vəfa Qurbanova sarkastik ovqatda oyun nümayiş etdirirlər. Gənclər Elay Xasıyevlə Məryəm Hüseynli isə lirik psixoloji komediya ruhunda oynayırlar.
Quruluşçu rəssam Nizami Dadaşov, musiqi tərtibatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman Qəniyevdir. Rəqslərə quruluşu Yusif Dadaşov verib.
Noyabrın 27-dən “Kimdir müqəssir” vodevili əsasında hazırlanmış lirik psixoloji komediya Sumqayıtlıların ixtiraındadır.
Gedin, baxın,istirahət edin.

Müstəqil.az

Share: