“Khan Academy Lənkəran təhsilində” layihəsinin ictimai təqdimatı keçirilib

AR Elm və Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə” VII Qrant müsabiqəsinin qalibi olan və Lənkəran rayonu N. Aslanov adına Ləj kənd tam orta məktəbi tərəfindən icra olunan “Khan Academy Lənkəran təhsilində” layihəsinin açılış tədbiri – ictimai təqdimatı keçirilmişdir.
Lənkəran rayonu N.Aslanov adına Ləj kənd tam orta məktəbində təşkil olunan açılış tədbirində – ictimai təqdimatda qalib olan məktəbin rəhbərliyi (direktor və direktor müavinləri), ümumtəhsil müəssisəsinin 10 nəfər ibtidai sinif müəllimi, layihə heyəti, ekspertlər, eləcədə Lənkəran rayonu Haftoni qəsəbə S. Əliyev adına tam orta məktəbin rəhbərliyi, ibtidai sinif müəllimləri, Lənkəran-Astara regional təhsil idarəsi və Lənkəran şəhər təhsil sektorunun məsul əməkdaşları, Lənkəranın digər ümumtəhsil müəssisələri direktorları və digər məsul qonaqlar iştirak edirdilər.
Təqdimatı açan layihənin rəhbəri, Ləj kənd tam orta məktəbin direktoru İlkin Yaqubov ilk olaraq 9 (doqquz) ay müddətində icra olunacaq layihənin məqsəd və vəzifələri, nəzərdə tutulan fəaliyyətlər haqqında ümumi məlumat verdi və hər 2 məktəb üçün layihənin müsbət əhəmiyyətini qeyd etdi.
Sonra layihənin eksperti Asif Əsgərli çıxış edərək, Lənkəran rayonu N.Aslanov adına Ləj kənd tam orta məktəbi və S.Əliyev adına Haftoni qəsəbə tam orta məktəbinin ibtidai sinif şagirdlərinin onlayn öyrətmə platforması Khan Academy əlçatanlığını və səmərəli istifadəsini təmin etməklə şagirdlərdə riyazi, məntiqi təfəkkürü, sürətli hesablama vərdişini və yüksək IQ qabiliyyətini inkişaf etdirmək üçün bu təhsil müəssisələri müəllimlərin bilik, bacarıq və təcrübəsinin artırılmasını və eləcədə məktəb üçün nəzərdə tutulan geniş texniki dəstək fəaliyyətlərini qeyd etdi.
Asif Əsgərli təqdimatında layihə çərçivəsində qısa hazırlıq dövründə görülmüş operativ işləri qeyd edərək, növbəti ayda ibtidai sinif müəllimləri üçün nəzərdə tutulan peşəkar təlimin hazırlıqları, nəzəri bilik və praktik təcrübənin tətbiqi ilə pedaqoqların arifmetika tədrisinə marağının artması və bu tədrisin gələcək davamlılığını bildirdi.
Layihənin sosial media, KİV və sosial şəbəkələrdə geniş məlumatlandırma, paylaşımların edildiyi, Facebook səhifəsi, WhatsApp qrupu və e-poçtunun yaradıldığı və müəllimlərin təlimdə iştirakı üçün onlayn ərizə-qeydiyyat sisteminin yaradıldığını vurğulayan A.Əsgərli layihənin müsbət davamlılığı olaraq şəbəkənin qurulacağını və onun requlyar fəaliyyət göstərəcəyini bildirdi.
Sonra təqdimatda dəvət olunan qonaqlardan İqbal Əmənullayev, Gülnarə Bağırova, Aydın Əbilov, Lənkəran şəhər təhsil sektorunun əməkdaşları Mais Quliyev, Cəmil Axundzadə və eləcədə digər orta məktəb direktorları çıxış edərək, bu layihənin Ləj kənd və Haftoni qəsəbə tam orta məktəbləri, onların şagirdləri, müəllimləri və ümumilikdə Lənkəran təhsili üçün müsbət əhəmiyyəti və rolunu qiymətləndirdilər və uğurlar arzuladılar.
Sonda açılış tədbiri iştirakçıların sual, fikir, təklif və rəyləri ilə qısa müzakirələr aparıldı.

Share: