Keçmişdən bu günədək ən güclülər siyahisində yer alanlar…

Bu insanların, ailələrin adları çox tez-tez hallanır. Çünki güc və sərvət məsələsində lider olmağı bacarıblar. Tanış olaq.

1. Vladimir Putin

 1. Vladimir Putin50 təyyarə və 20 saray Putinin əmri altında olmasına baxmayaraq onu sərvət baxımından deyil, güc baxımından müzakirə edirik. Çünki Forbesin ən güclülər siyahının ən başında Putin gəlir.

Fəhlə sinfi olan bir ailədən çıxıb, kəşfiyyatın onurğası olub, sonra siyasətə girib nəhəng bir ölkəyə başçılıq etməsi onu güclü edir.

2. Kim Jong-Un

2. Kim Jong-UnÖlkəsindəki embarqolar səbəbilə sahib olduqları qeydiyyata keçməmiş olsa belə, Jongun atası Kim Jong-il’dən gələn böyük bir sərvəti var. Gücü lokal olmasına baxmayaraq, şəxsi zövqləri də olduqca məşhurdur. İstirahət üçün xüsusi bir kəndi və xüsusi kinoteatrının olduğu bilinir. Onun güc və sərvət məsələsində olduqca yuxarılarda adı çəkilir.

3. Al Saud Ailəsi

3. Al Saud AiləsiBu ailə, 18-ci əsrdən bu yana Səudiyyə Ərəbistanının neft ehtiyatları üzərində haqq sahibi olan ən böyük ailədir. Bu da onları güc və sərvət baxımından ilk sıralara aparır.

4. Rothschildlər

 4. RothschildlərMaliyyə, Daşınmaz Əmlak, Mədənçilik və bir çox məsələdə illərdir 1 nömrə olan digər ailəmiz isə Rothschildlərdir. İllər keçməsinə baxmayaraq hələ də adlarıyla bağlı söz-söhbətlər davam edir.

5. John D. Rockefeller

 5. John D. Rockefeller1937-də ölən bu adam, ölümünə qədər və sonra Amerikanın sahib olduğu neftin 95%-ini əllərində saxlamışdı. İndi ailənin geri qalanı bu işi davam etdirir.

6. Andrew Carnegie

6. Andrew Carnegie19-cu əsrdə inkişaf edən Amerikanın bütün Dəmir-Polad sektorunu inhisarına almışdır. Bu da onun adının zamanının ən güclüləri sırasında çəkilməyinə səbəb olur.

7. Cornelius Vanderbilt

7. Cornelius VanderbiltÇox kasıb bir əkinçi ailəsindən çıxıb zənginliyə yüksələn bu adam da sərvətini buxarlı gəmilər ilə başladığı ticarətə borcludur. Günümüzdə hələ də nəsli davam etməkdədir.

Dünyanın gəlmiş keçmiş ən varlı adamı ilə tanış olun: Jakob Fugger

Share: