Bir günə 11 şəhid… Başın sağ olsun,Türkiyə – Foto

Ötən gün “Zeytun budağı” əməliyyatı zamanı şəhid olan Türkiyə hərbçilərinin sayı artıb.

Müstəqil.Az “Qafqazinfo” və Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb.

Məlumata əsasən, Suriyanın Afrin bölgəsində keçirilən əməliyyatlar zamanı gün ərzində 11 türk əsgəri şəhid olub. Daha 2 əsgərin isə yaralandığı bildirilir.

Hərbi əməliyyatlar zamanı azı 26 terrorçu zərərsizləşdirilib.

Qeyd edək ki, əməliyyatlar zamanı ümumilikdə öldürülən terrorçuların sayı 1167-ə çatıb.

Share: