Kanadada 13 milyon hektarlıq meşə yandı

Kanada İdarələrarası Meşə Yanğınları Mərkəzinin məlumatına görə, ölkədə 1025 meşə yanğını qeydə alınıb və yanan ərazilərin sahəsi 13 milyon hektara çatıb.

Məlumata görə, iyulun sonuna meşə yanğınlarının sayı 991 olub. Hazırda 1025 ocaqdan 646-sı hələ də nəzarətə götürülməyib, 167-nin qarşısı alınıb, 212-si isə lokallaşdırılıb. Ən çox meşə yanğınları Britaniya Kolumbiyası əyalətində müşahidə olunub.

Səlahiyyətlilər artıq cari meşə yanğınları mövsümünü Kanada tarixindəki ən pis mövsüm adlandırıblar.

Mənbə: TASS

Share: