Kabab həvəskarlarının nəzərinə: Alimlər açıq alovda bişirilən ətdən imtinaya çağırır…

Müstəqil.az RİA.Novosti agentliyinə istinadən xəbər verir ki, Harvard universitetinin alimləri  açıq alovda hazırlanan ətin hipertoniya xəstəliyinin inkişafı riskini artıra biləcəyini hesab edirlər.
Tədqiqatın nəticələrini Nyu Orleanda Amerika ürək xəstəlikləri assosasiyasının konfransı zamanı Harvard universitetinin məktəblərdə iaşə şöbəsinin elmi işçisi  Qanq Liu təqdim edib.
O və həmkarları 12-16 yaş arasında olan 100 mindən çox insanı öyrəniblər. Tədqiqat dövrünün əvvəlində heç bir iştirakçının yüksək qan təzyiqi, diabeti, ürək damar xəstəliyi, ya xərçəngi olmayıb.
Alimlər ayda 15 dəfədən çox açıq alovda hazırlanan ət yeyənlərlə, həftədə 4 dəfə və daha az ət yeyənləri müqayisə ediblər. Məlum olub ki, birinci qrupda olanların qan təzyiqi riski ikincilərdən 17 faiz çoxdur.
Tədqiqatın sonunda 37 mindən çox adamın yüksək təzyiqdən əziyyət çəkdiyi müəyyənləşib.
“Tədqiqatların nəticələri onu deməyə əsas verir ki, ətin bu yolla hazırlanmasından uzaq olduqda hipertoniya xəstəliyinə tutulmaq riskini azaltmış olur” – Liu qeyd edir.
O əlavə edib ki, tədqiqat zamanı yeyilən ətin kəmiyyətindən və növündən asılı olmayaraq onun hansı dərəcədə və metodla hazırlanması arasında əlaqənin olmadığı təqdim olunub.
 Yemək məsələləri üzrə mütəxəssis Cudit Vayli –Rosett barbekyu həvəskarlarını mütəəssr olmamağa çağırıb və ətin bişirilməsinin alternativ variantlarından istifadə etməyi məsləhət görüb.
“Açıq alov yerinə tüstüdən istifadə edəndə,  havada ət bişirmənin çox üsulları var” – mütəxəssis xanım qeyd edib.

Share: