Bakıda külək hündürmərtəbəli binadakı su çənini avtomobilin üzərinə aşırdı – VİDEO

Bakıda güclü külək hündürmərtəbəli binanın üstündəki su çənini aşırıb.
Müstəqil.az ”Report”-a istinadə xəbər verir ki, Yasamal rayonu, 586-cı məhəllə, Ə.Ələkbərov küçəsi 97D ünvanında baş verən hadisə zamanı çən binanın həyətində dayanmış avtomobilin üstünə düşüb. Hadisə nəticəsində həmin avtomobilə ciddi ziyan dəyib, digər avtomobillərin isə güzgüləri sınıb.

Share: