Kəsdiyi ağac Kürdəmir sakinini öldürdü

Kürdəmir rayonunda bədbəxt hadisə baş verib. Müstəqil.az “Trend”ə istinadən xəbər verir ki, rayonun Şahbəyli kənd sakini, 1972-ci il təvəllüdlü Mansurov Aqil Şurəli oğlunun həmkəndlisinin həyətində kəsdiyi ağac üzərinə düşüb.

 

Hadisə nəticəsində ağır xəsarət alan A.Mansurov Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

 

A.Mansurov xəstəxanada dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma aparılır.

Share: