Jurnalistlər üçün inşa olunmuş 2-ci binanın mənzillərinin təqdim etmə mərasimi keçirildi


Bu gün jurnalistlər üçün inşa olunmuş ikinci binadakı mənzillərin açarlarının sahiblərinə təqdim edilməsi mərasimi keçirilib.

Publika.az xəbər verir ki, Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli binanın artıq istismara qəbul edildiyini bildirib.

Birinci bina ilə müqayisədə ikinci binada jurnalistlərə mənzillərin açarlarının verilməsinin gecikməsinə toxunan V.Səfərli bunları deyib: “İstismar aktı olmadan binada yaşayış mümkün deyildi. Artıq bu gündən binada yaşamaq mümkün olacaq. İşıq, su mənzillərin sahiblərinin adınadır, yalnız qaz kartları binanın tikintisini aparan şirkətin adınadır. Jurnalistlər özləri “Asan kommunal”da qaz kartlarını öz adlarına keçirə bilərlər”.

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov jurnalistlərə mənzillərin açarlarının təqdim edilməsini mühüm hadisə kimi dəyərləndirib. O, bəzilərinin Azərbaycan dövlətinin media siyasətinin iflasa uğradığını söyləməsinin təəssüf doğurduğunu vurğulayıb. Ə.Həsənov media siyasətinin uğurlu nəticələrinin ortada olduğunu qeyd edərək mənzillərin jurnalistlər üçün xeyirli, uğurlu olmasını arzulayıb.

Daha sonra mənzillərin açarları jurnalistlərə təqdim edilib.

Share: