İttiham edildiyi maddələr bunlardır

Azərbaycanın Qarabağ ərazisində erməni seperatçılarının qurduğu qondarma rejimin keçmiş rəhbəri Arayik Harutyunyana Cinayət Məcəlləsinin hansı maddələri ilə ittiham elan edilməsi məlum olub.

“Qafqazinfo” xəbər verir ki, oktyabrın 3-də Xankəndidə tutulan Arayik Harutyunyana Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin 100, 116, 117, 120, 214, 214-1, 214-3, 218, 279-cu və digər maddələri ilə ittiham elan edilib.

Hüquqşünaslar bildirir ki, bu maddələr əsasında təqsirləndirilən şəxs 20 ilədək və ya ömürlük azadlıqdan məhrum edilə bilər.

Hazırda Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Share: