İtaliyada təyyarə qəzası…

İtaliyanın şimalında göyərtəsində turistlərin olduğu iki nəfərlik “PA-18” təyyarəsi qəzaya uğrayıb.

Müstəqil.Az  İtaliya KİV-lərinə istinadən xəbər verir ki, hadisə Trevizo şəhəri ərazisində qeydə alınıb.

Təyyarə havaya qalxarkən kabel qovşağına çırpılıb. O, yanaraq Pyava çayına düşüb. Nəticədə hər iki sərnişin ölüb. Hadisə yerinə gələn yanğınsöndürənlər onların meyitini təyyarənin qalıqları altından tapıblar.

Share: