İtaliyada körpü uçdu, onlarla ölü – FOTO

İtaliyanın Genuya şəhərində körpü uçub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində onlarla insanın öldüyü bildirilir.

Avtomobil yolu üzərindəki körpünün dağılmasından iki saat sonra ölkənin Təcili Yardım Xidməti onlarla insanın ölməsi barədə xəbər yayıb.

“Sky İtaliya” telekanalına məlumat verən hadisə şahidlərindən biri güclü yağışlar səbəbindən körpünün uçduğunu və həmin vaxt azı 8-9 maşının körpü üzərində olduğunu bildirilib.

İtaliyanın nəqliyyat naziri Danilo Toninelli isə tvitter hesabında “faciə yaşadıq” deyə açıqlama verib.

Qeyd edək ki, körpü 1960-cı ildə tikilib, 2016-ci ildə təmir edilib.

Müstəqil.Az

Share: