İstanbuldan Moskvaya uçan təyyarədə problem yarandı

Bazar günü “Aeroflot” şirkətinə məxsus SU2133 təyyarəsinin İstanbuldan Moskvaya uçuşunda problemlər yaranıb.

Aviaşirkətin mətbuat xidmətindən verilən məlumata görə, bəzi sərnişinlər növbəti reyslə təyinat yerinə göndəriləcəklər.

“İstanbul-Moskva SU2133 reysinin uçuşu texniki səbəblərə görə yubanır. Bəzi sərnişinlər növbəti SU2137 reysi ilə yola salınacaq”, – mətbuat xidmətindən bildirilib.

Gözləmə müddətində sərnişinlərə federal aviasiya qaydalarına və aviasiya standartlarına uyğun xidmət göstərilir. “Aeroflot” əlavə edib ki, onlar yemək və içki ilə də təmin olunub, hoteldə yerləşdirmə təşkil edilib.

Mənbə: TASS

Share: