“Bu videoları montaj edən FETÖ terror təşkilatıdır” — İnce

“50 gündür terror təşkilatlarının hücumuna məruz qalıram”.

“Qafqazinfo” “Milliyet”ə istinadən xəbər verir ki, bunu Türkiyənin Məmləkət Partiyasının sədri Muharrem İnce Ankarada ölkədə keçirilən prezident və parlament seçkilərində səs verdikdən sonra jurnalistlərə açıqlamasında deyib.

M. İnce son günlər yayılan qeyri-etik videolara münasibət bildirib, onların saxta olduğunu qeyd edib: “Haqqımda yayılan saxta məlumatlarla bağlı 17 nəfər saxlanılıb. Bunların arxasında terror təçkilatı dayanır. Şərəfimi türkiyə dövlətinə əmanət etdim. Edəcəyim başqa heç nə yoxdur. Bu videoları montaj edən FETÖ terror təşkilatıdır. Keçmiş dostlarım daxil olmaqla, bu videoları yayanların hər birini məhkəməyə şikayət edəcəyəm”.

Xatırladaq ki, M.İnce mayın 11-i prezidentliyə namizədliyini geri götürüb. O, barəsində həqiqət olmayan qeyri-etik görüntülərin və iftira xarakterli məlumatların yayıldığını bildirib.


Share: