İsrail ordusu son 24 saatda 5 fələstinlini öldürdü

İsrail ordusunun açdığı atəş nəticəsində son 24 saatda 5 fələstinli həyatını itirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Fələstinin əl-Mügir kəndində baş verib.

İsrail qüvvələri kəndə basqın edərkən onların qarşısını kəsməyə çalışan fələstinlilərə atəş açıb.

Nəticədə 5 kənd sakini vəfat edib.


Share: