FIFA və “Adidas” sübut etdi: Ronaldu qolda iştirak etməyib – YENİLƏNİB + FOTO

FIFA və dünya çempionatı üçün top istehsal edən “Adidas”ın yaydığı xəbərə görə, oyun topuna yerləşdirilən sensordan alınan məlumatlar portuqaliyalı hücumçunun komandanın Uruqvaya qarşı ilk qolu (2:0) zamanı topa toxunmadığını təsdiqləyib.

“Həmin an topa kənar qüvvə təsir etməyib. Bunu topun içərisinə yerləşdirilmiş 500Hz IMU sensorundan alınan məlumatların analizi də çox dəqiqliklə deməyə imkan verir”, – FIFA-nın açıqlamasında bildirilib.

Qurumdan əsas qol anlarının kadrları üzrə qrafiki də yayılıb. Qrafikdən göründüyü kimi, sensor Ronaldunun başı ilə mümkün təmas zamanı vibrasiyaları qeydə almayıb. Bu isə o deməkdir ki, belə bir təmas olmayıb.

Mənbə: sports.ru

18:14

Portuqaliya Futbol Federasiyası dünya çempionatında Uruqvayın qapısından keçirilən birinci qolun məhz Kriştianu Ronaldu tərəfindən vurulması barədə FIFA-ya sübutlar təqdim edib.

Qeyd olunur ki, bu qolun müəllifliyi ilə bağlı yekun qərarı FIFA-nın texniki komissiyası verəcək.

Ulduz futbolçu isə oyundan sonra verdiyi açıqlamada bildirib ki, qolun müəllifi özüdür.

“Top mənə toxundu”, – hücumçu matçdan sonra meydanı tərk edərkən bildirib.

Qeyd edək ki, Portuqaliya oyunu 2:0 hesablı qələbə ilə bitirib. Birinci qol epizodunda Ronaldu topa başı ilə zərbə vurmağa çalışıb. Əvvəlcə qolun müəllifi Ronaldu göstərilsə də, sonradan FIFA qolu Fernandeşin adına yazıb.

Mənbə: El Chiringuito TV

Share: