İspaniyada hər il keçirilən “Pomidor Festivalı” haqqında…

Bu festivalda yetişmiş, qıpqırmızı pomidorlar havada uçuşur və bütün şəhərin binaları, insanlar şorba kimi pomidor rəngində olur. Hər il on mindən çox insanın gəldiyi La Tomatina həm də dünyanın ən məşhur festivallarından biridir. Bir həftə davam edən festivalda rəqs, musiqi və fərqli əyləncələrlə yaşanır.
İspaniya Pomidor Festivalının yaranma tarixi 1944-45-ci illərə gedib çıxır. Festivalın tam olaraq necə yaranması barədə məlumat olmasa da, ən məşhur hekayə belədir: 1945-ci il, avqustun son çərşənbə günü keçirilən festivalda iştirak edən gənclərlə, festivalda iştirak edə bilməyənlər arasında gərginlik yaranır. Bu gərginlik böyüyərək davaya çevrlir. Davada iştirak edən gənclər ətrafda satılan tərəvəz arabalarından pomidorları götürərək, bir-birinə atmağa başlayır. Bir il sonra gənclər həmin hadisəni xatırlayaraq özləri ilə gətirdiyi pomidorlarla atışır və həmin hadisə davam etdikcə, Bunol qəsəbəsinin sakinləri həmin gün qeyri-rəsmi festivala çevirir.
Müstəqil.Az 
Dünyanın qırmızı festivalı: Pomidor döyüşləri - Video
Dünyanın qırmızı festivalı: Pomidor döyüşləri - Video
Dünyanın qırmızı festivalı: Pomidor döyüşləri - Video
Share: