Braziliyada iki altımərtəbəli bina uçub,ölən və yaralananlar var…

Braziliyada iki altımərtəbəli yaşayış binası uçub.

Müstəqil.az TASS-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Rio-de-Janeyro şəhərinin Muzema rayonunda qeydə alınıb.

Nəticədə 5 nəfər ölüb, azı 10 nəfər yaralanıb, təxminən, bir o qədər də insan itkin düşüb.

Hazırda xilasetmə əməliyyatları davam edir.

Meriyadan hər iki binanın qanunsuz tikili olduğu bildirilib.

Qonşuluqda yerləşən yaşayış binaların sakinləri uçqun təhlükəsi ilə əlaqədar təxliyyə olunublar.(interpress.az)

Share: