İspaniya parlamentinə qırmızı boya atdılar

Ekoloqlar İspaniya parlamentinin binasına qırmızı boya atıblar.

Müstəqil.Az xəbər verir ki, İspaniyada Rebellion Cientifica (Elmi Üsyan) ictimai hərəkatının təşkil etdiyi aksiyada 50-yə yaxın adam Madriddə Parlament binası qarşısında toplaşıb.

Fəallar Məclisin yalnız xüsusi mərasimlər üçün açılan “aslan qapısı” kimi tanınan əsas girişinə bioloji həll olan qırmızı boyalar töküblər. Parlamentin qapısının pilləkənlərində ağ köynək geyinmiş etirazçılara polis müdaxilə edib.

İqlim dəyişikliyinə qarşı aparılan elmi araşdırmaların nəticəsinin açıqlandığı günə təsadüf edən aksiyada fəal alimlər “B planeti yoxdur” və “Qırmızı xəbərdarlıq. Elmə qulaq asın” kimi şüarlar səsləndirib. Aksiyada oxunan bəyanatda hökumətin iqlim böhranına kifayət qədər reaksiya vermədiyi və alimlərin xəbərdarlıqlarına məhəl qoymadığı vurğulanıb.

Aksiyadan sonra polis ərazini mühasirəyə alarkən, boyaların təmizlənməsi prosesi başlayıb.

Müstəqil.Az

Share: