“İpi qırılmış muncuq dənələridir xatirələr…”- Xatirə Rəhimbəyli

Xatirələr…
(Xatirə Rəhimbəyli)
İpi qırılmış muncuq dənələridir xatirələr.Vaxtiylə çox dəyərli və dəbdə olan muncuq…Dağılıb indi dənələri…Nə yığmaq olur yenidən,nə atmaq biryolluq…Orda-burda ayaq altında qalır,ayaqları əzir…Ağrısı ürəyə işləyir…
Başqa muncuğun yoxdu,nə vaxtsa ipə düzüb istifadə edəcəyinə ümidlisən…Amma yığa bilmirsən,yığılmır əslində…Atmaq lazımdır,atmaq!!!
“Kimsə balaca bir uşağa verərəm,sevinər”
Əslində o kiməsə gərək deyil,özünü aldadırsan…Muncuqlarından ayrıla bilmirsən,onlarla qalmaıın ömrünü bir az da uzatmaq istəyirsən…
Sən heç atmısanmı xatirə muncuqlarını?
Bu məsum körpənin gözləri kimi dumduru olana bax.”Mənim günahım nədir?”-deyə dodaqlarını büzüb.Ah,bu almaz kimi parlayana bax,”mənim kimi parlaq nəyinsə olubmu sənin ?”-deyə cilvələnir.Hələ bu daş kitabədən qopub düşənə bax.Hər dəfə ayağın altlnda qalanda ağrıdan qıvrılırsan,səntirləyirsən.Sirat köpüsündən Qır qazanına düşürsən elə bil…
Ata bilmirsən bu dəbi getmiş ,dəyəri yalnız sənə məlum antikvar dənəcikləri…
Yalnız bir düzüm xatirəsi olmaq…nə qədər dəyərli olsa da…
Share: