Mətanət Ulu Şirvanlı Göyərçin balalarla görüşdü

Mətanət Ulu Şirvanlı Göyərçin balalarla görüşdü

Abşeron rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası və Xırdalan şəhər 24 saylı “Göyərçin” Körpələr evinin birgə əməkdaşlığı ilə uşaqlar üçün bayram tədbiri təşkil ediblər.

Müstəqik.Az bildirir ki, 1 İyun Beynəlxalq Uşaqların Müdafiəsi gününə həsr edilmiş tədbir adıçəkilən kitabxanada həyata keçirildi.
Tədbirə uşaq yazıçı Mətanət Ulu Şirvanlı dəvət olunmuşdu.
“Göyərçin balalar” adlı tədbirdə müəllimlər, valideynlər və kitabxananın əməkdaşları iştirak edirdilər.


Kitabxananın müdiri Rəşidə Rzayeva tədbiri açıq elan edərək qonaqları və fidan balaları salamladı. Keçirilən tədbirin uşaqlar üçün böyük əhəmiyyət kəsb etdiyini bildirdi. Və o, uşaq hüquqları barədə söhbət açdı. Uşaqlar bizim gələcəyimizdir deyərək sözü körpələrə verdi.
Fidan körpələr öz növbələrində yazıçı Mətanət Ulu Şirvanlının uşaqlar üçün qələmə aldığı şeirləri söyləyiblər.


Daha sonra söz yazıçı Mətanət Ulu Şirvanlıya verilib.
Yazıçı uşaqları bayram münasibətilə təbrik edərək “Külək” adlı dedektiv hekayəsini uşaqlar üçün səsləndirdi.
Əyləncəli keçən tədbirdə uşaqları müəllim və valideynlər də təbrik etdilər.
Şən musiqi ilə bitən tədbirin sonunda Mətanət Ulu Şirvanlı tədbiri təşkil edənlərə təşəkkürünü bildirdi. Tədbirin sonunda müəllif “Merininin nağıllar dünyası” və “Bu ağaclar bizimdir” adlı kitablarını uşaqlara hədiyyə etdi.


Əziz Göyərçin balalar, 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə hər birinizi təbrik edirik.
Azad səma altında xoşbəxt olun, gül körpələr!

Müstəqil.Az

 

Share: