İntihar etdiyi deyilən azərbaycanlı tələbə ilə bağlı DƏHŞƏTLİ FAKTLAR

Gürcüstanda azərbaycanlı tələbənin ölümü ilə bağlı dəhşətli faktlar üzə çıxıb.

Müstəqil.Az Publika.az-a istinadla xəbər verir ki, Tbilisi şəhərində kirayə yaşadığı mənzildə meyiti tapılan Balakən rayon İtitala kənd sakini, 1998-ci il təvəllüdlü Qurqunayev İmeda Şamil oğlunun yaxınları bildiriblər ki, o intihar etməyib: “İmedanının intihar etməsi düzgün məlumat deyil, onu öldürüblər. İmedanın başında xəsarətlər və sınıq var idi. Özü də oxuyan, həm də təhsil ala-ala işləyib pul qazanan oğlan idi. Niyə intihar etsin ki, böyük ehtimalla İmedanı qətlə yetirəndən sonra asıblar, meyiti 1 gün ərzində binanın 3-cü mərtəbəsində kirayə tutduğu evdə qalıb”.

Bildirilir ki, Tbilisidə ali məktəbin 4-cü kursunda oxuyan İmeda Qurqunayev restoranlardan birində ofisiant kimi çalışırmış. E.Qarqunayevin cənazəsi doğulduğu kəndə gətirilib və dünən dəfn edilib.

*****

28 mart

Gürcüstanda Azərbaycan vətəndaşı olan tələbənin meyiti tapılıb.

Publika.az xəbər verir ki, Tbilisinin Ortaçala adlanan ərazisində yerləşən mənzildə Balakən rayon İtitala kənd sakini, 1998-ci il təvəllüdlü Qurqunayev İmeda Şamil oğlunun asılmış meyiti tapılıb.

İ.Qarqunayevin cənazəsi doğulduğu kəndə gətirilib və bu gün dəfn edilib.

Qeyd edək ki, intihar edən 21 yaşlı oğlan Tbilisidəki ali məktəblərdən birində təhsil alırmış.

Share: