İnquşların dini lideri qovuldu: Torpaq böhranı

Şimali Qafqaz Müsəlmanlarının Koordinasiya Mərkəzi İnquşetiya müftisi İsa Xamxoyevi təşkilatın fəaliyyətində iştirakdan məhrum edib.

Müstəqil.Az xəbər verir ki, bu məlumatı dini təşkilat öz saytında yayıb. Buna səbəb kimi Xamxoyevin dövlət orqanlarının fəaliyyətinə müdaxilə etməsi göstərilib.

Qeyd edək ki, təşkilat bundan öncə Xamxoyevi İnquşetiya və Çeçenistan arasında torpaq mübadiləsi haqqında razılaşmanı tənqid etməməyə çağırmışdı.

Keçən il İnquşetiya ilə Çeçenistan arasında ərazi mübadiləsiylə bağlı razılaşma imzalanmışdı. İnquşlar razılaşmaya qarşı çıxmış, nəticədə respublika ərazisində genişmiqyaslı mitinqlər başlamışdı. İnquşetiya Konstitusiya Məhkəməsi razılaşmanı qanunsuz hesab etsə də, Rusiya Konstitusiya Məhkəməsi bunu tanımışdı.

İlkin H.

Share: