Hindu Trampa rəqib oldu: Seçki həyəcanı artır

2020-ci ildə ABŞ-da keçiriləcək prezident seçkilərində Donald Trampa rəqib olacaq şəxslərdən daha iki nəfərin adı bəlli olub.

Müstəqil.Az xəbər verir ki, prezidentliyə namizədlərdən biri ABŞ-ın sabiq şəhərsalma naziri Culian Kastro, digəri isə İraq müharibəsinin iştirakçısı, Təmsilçilər Məclisinin üzvü Tulsi Qabbarddır.

​Meksikalı qaçqınının nəvəsi olan 44 yaşlı Kastronun seçiklərdə tək latın namizəd olacağı gözlənilir.

Tulsi Qabbard isə 2012-ci ildə Təmsilçilər Məclisinə seçilən ilk hindu üzvdür.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın Demokratlar Partiyasının üzvü Elizabet Uorren də prezidentliyə namizəd olduğunu elan etmişdi.

Büllurə Yunus

Share: