İmişlidə “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirildi — Fotolar

“Heydər Əliyev İli” çərçivəsində İmişli-Qaradonlu magistral yolunun Yuxarı Qaralar kəndindən keçən hissəsində ağacəkmə aksiyası keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə bağlı təsdiq edilmiş tədbirlər planına uyğun olaraq keçirilən ağacəkmə aksiyasında İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ərazi partiya təşkilatının nümayəndələri iştirak ediblər.

 Aksiya zamanı sözügedən ərazidə 300 ədəd Eldar şamı ağacları əkilərək suvarılıb və onlara aqrotexniki qulluq göstərilib.

 Qeyd edək ki, aksiyanın təşkil edilməsində əsas məqsəd ölkəmizdə ətraf mühitin, meşə zolaqlarının qorunması və mühafizəsini hər zaman diqqətdə saxlamış Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad etmək, rayon ərazisində yaşılıqların genişləndirməsi və ekoloji tarazlığın daha da yaxşılaşdırmasına kömək etməklə təbiətə töhfə verməkdir. 

 


Share: