“Avatar 2: Suyun yolu” rəqəmsal platformalarda

Rejissor Ceyms Kemeronun “Avatar” filminin davamı olan “Avatar 2: Suyun yolu”nun rəqəmsal buraxılışı baş tutub.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, film bu gündən Lent Prime Video, Apple TV+ və bu kimi platformalarda əlçatan olub.

Rəqəmsal buraxılışda həmçinin filmin çəkilişi prosesinin müxtəlif elementləri haqqında danışan 3 saatlıq bonus material da yer alıb.

Qeyd edək ki, “Avatar 2: Suyun yolu”nun premyerası 2022-ci il dekabrın 16-da baş tutub və davam filmi kassada 2,3 milyard dollardan çox gəlir əldə edib. Ceyms Kemeron artıq yeni filmlər üzərində işləyir.

Share: