İmişlidə 15 iyun – Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirildi — Fotolar

İyunun 12-də İmişli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş, 15 iyun – Milli Qurtuluş Günü münasibətilə “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda konfrans keçirilib.

“Qafqazinfo” xəbər verir ki, konfransda icra başçısı Elçin Rzayev, millət vəkilləri Hikmət Babaoğlu və Elşad Mirbəşiroğlu, həmçinin rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

  Konfrans başlamamışdan öncə Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, əziz və işıqlı xatirəsi dərin ehtiramla yad edilib. Sonra İmişli rayonunun Heydər Əliyev Mərkəzində Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan fotosərgiyə baxış keçirilib.

Tədbirdə qeyd olunub ki, 90-cı illərin əvvəllərində dövlət müstəqilliyimizin qorunub saxlanmasında Heydər Əliyevin misilsiz xidmətləri olub. Onun hakimiyyətə qayıdışından sonra Azərbaycanda bütün təsisatlar bərpa olunub və inkişaf etdirilib.

Çıxış edənlər müstəqil dövlətimizin qurtuluş tarixindən, Heydər Əliyevin xilaskarlıq missiyasından geniş söhbət açıblar.


Share: