İmişli sakini Araz çayında boğulub

 İmişli rayonunda 16 yaşlı gənc Araz çayında boğulub.

“Report”un ran bürosunun veridyi xəbərə görə, hadisə Araz çayının rayonun xubyarlı kəndi ərazisindən keçən hissəində baş verib.

Belə ki, həmin kəndin sakini, 2002-ci il təvəllüdlü Mövlan Zaur oğlu Yadigarov çayda çimərkən boğulub.

Hadisənin baş verdiyi ərazidə Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları tərəfindən axtarışlar davam etdirilir.


***16:12

İmişli. 15 avqust. REPORT.AZ/ İmişli rayonunda yerli sakin suda boğulub.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Xubyarlı kəndi ərazisində baş verib.

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan bir nəfər Araz çayının yaxınlığındakı su kanalında boğulub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları cəlb edilib.

Müstəqil.Az

Share: