İlon Mask məşhur aktrisa ilə sevgilidir

Dünyanın ən zəngin insanlarından olan İlon Mask yenidən eşq macəraları ilə gündəmə gəlib.

Müstəqil.Az  xəbər verir ki, “SpaceX”in yaradıcı avstraliyalı aktrisa Nataşa Bassettlə sevgilidir. Cütlük fevralın 17-də Los-Ancelesdə iş adamının şəxsi təyyarəsi ilə enərkən görüntülənib.

Aktrisa həmin an üzünü gizlətməyə çalışıb. Bassed 2019-cu ildə Sidneydən Nyu-Yorka köçüb. Bir çox məşhur filmlərdə rol alıb.

Qeyd edək ki, Mask ötən ilin sentyabrında müğənni sevgilisi Qraymsdan ayrılıb. Onlar 3 il birlikdə olub.

Müstəqil.Az

Share: