Helikopterlərin gecə və gündüz uçuşlarından görüntülər

Hərbi Hava Qüvvələrinin helikopter ekipajları ilə uçuş məşqləri keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məşqlərin praktiki hissəsində gündüz və gecə uçuşları icra edən ekipajlar ərazinin qiymətləndirilməsi, hərəkət marşrutlarının öyrənilməsi və müxtəlif epizodlar üzrə tapşırıqlar icra ediblər.

Təlim uçuşunda qarşıya qoyulan tapşırıqlar helikopter ekipajları tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.

 

Müstəqil.Az

Share: