![](https://www.mustaqil.az/wp-content/uploads/2022/02/8-1-716x442.jpg)
Dünyanın ən zəngin insanlarından olan İlon Mask yenidən eşq macəraları ilə gündəmə gəlib.
Müstəqil.Az xəbər verir ki, “SpaceX”in yaradıcı avstraliyalı aktrisa Nataşa Bassettlə sevgilidir. Cütlük fevralın 17-də Los-Ancelesdə iş adamının şəxsi təyyarəsi ilə enərkən görüntülənib.
Aktrisa həmin an üzünü gizlətməyə çalışıb. Bassed 2019-cu ildə Sidneydən Nyu-Yorka köçüb. Bir çox məşhur filmlərdə rol alıb.
Qeyd edək ki, Mask ötən ilin sentyabrında müğənni sevgilisi Qraymsdan ayrılıb. Onlar 3 il birlikdə olub.
Müstəqil.Az