İlham Əliyev Ruhaniyə məktub göndərdi

Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Zati-aliləri cənab Həsən Ruhaniyə təbrik məktubu ünvanlayıb.

Müstəqil.Az  xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

“Hörmətli cənab Prezident,

İran İslam Respublikasının milli bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Dövlətlərarası münasibətlərimizin yüksək səviyyəsi tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış xalqlarımızın iradəsini özündə bariz şəkildə əks etdirir. İnanıram ki, qarşılıqlı səylərimizlə bundan sonra da həm ikitərəfli qaydada, həm də regional layihələr çərçivəsində əməkdaşlığımızın müvəffəqiyyətlə davam etməsinə töhfələr verəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost və qardaş İran xalqına daim sülh və rifah arzulayıram”, – təbrikdə qeyd edilir.

Müstəqil.Az 

Share: