İcra başçısı sürüşmə zonasına gəldi: Mübahisə düşdü

14:26

Hazırda Bayıl sürüşmə zonasında vəziyyət qorxuludur, hər an hansısa fəsad baş verə bilər.

Bunu Report-a açıqlamasında ərazidə olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, çatlarda böyük aralanmalar var.

Qeyd edək ki, bu gün günorta saatlarında Bakı şəhəri, Səbail rayonunun ərazisindəki Bayıl yamacında sürüşmə qeydə alınıb. Hadisə nəticəsində bir neçə evə ciddi ziyan dəyib, elektrik dirəkləri aşıb. Müvafiq qurumların nümayəndələri ərazidədirlər.

***

Bakı şəhəri, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Bayıl sürüşmə zonasındakı əraziyə baş çəkib.

Report xəbər verir ki, icra başçısı ərzidə yaşayan sakinlərlə görüşüb. Görüş zamanı mübahisə düşüb. İcra başçısı vəziyyətlə tanış olub və sakinlərin hamısının ərazidən köçürülməsi ilə bağlı tapşırıq verib. Ə.Əzizov həmçinin sakinlərin əşyalarının daşınmasına yardım olunmasını da tapşırıb.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib: kirayə haqqı fevralın 13-dək ödəniləcək: “Hazırda məsələyə rəsmi səviyyədə baxılır”.

İcra başçısı tapşırıq verib ki, sakinlərin evlərində qalan əşyaları məktəbin binasına yığılsın: “Ərazidə öncə təhlükəsizlik tədbirləri görülməlidir”.

Müstəqil.Az

Share: