İlham Əliyev Dominikan Prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Dominikan Prezidenti Danilo Medinaya təbrik ünvanlayıb.

Prezidentin Mətbuat Xidmətindən  verilən məlumata görə, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident, Dominikan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza daim sülh və firavanlıq diləyirəm”.

Share: