İctimai Televiziyada yadda qalan hadisə…

Araşdırma materialları içərisində yadda qalan maraqlı bir məlumata rast gəldik, daha doğrusu oxuduq.

Rusiyanın Elmlər Akademiyasında ölkə başçısı V.V.Putinin sərəncamı ilə, “möhtəşəm elm məbədinin” (bu sözlər ümummilli liderimiz H.Əliyevə məxsusdur). Nəzdində 100 (yüz) strateji bölmə yaradıldı. Bu bölmələr ölkənin elm sütunlarının möhkəmlənməsinə, xalqlar və millətlər arasındakı münasibətlərin genişlənməsinə xidmət edəcək, ölkələr arasında sülhün və əmin-amanlığın bərqərar olunmasında və möhkəmlənməsində elmə, tədqiqata yardımçı olacaq…
Rusiya Elmlər Akademiyasından alınan məlumatlardan aydın olur ki, bu bölmələrin böyük bir qismi rus genetikasını əhatə edir. Amma gələn məktubların biri diqqəti daha çox cəlb edib. Məsələn müharibənin odu, alovu içində bərkiyən, səsilə, çağırışı ilə dünyanı sarsıdan, keçmiş İttifaqın qoşun kontingentində insanları, əsgər və zabitləri düşmənə qarşı mübarizəyə çağıran Sovet Radio və Televiziya diktoru Levitanın nəvəsi Andrey Slitsinin məktubu daha maraqlı olub. Məktub müəllifi yazır ki, hörmətli Prezident Vladimir Vladimiroviç, Siz çox müqəddəs bir addım atdınız; – mənim babam… Levitanın adını daha da əbədiləşirdiniz. Onun səsi hətta torpaqlarımızı dağıdan A.Hitleri də çaşdırmış. Məsələn A.Hitler deyirmiş ki, əgər onu tutsam, dilindən asdıracam. (İ.V.Stalinin 1942-ci il, 19 avqust məktubu).
Rusiya Prezidentinin bu addımı bizim çoxumuzu Azərbaycanın məşhur diktoru olmuş Aydın Qaradağlının auditoruyasına aparıb, çıxartdı. Fikrimcə bütüm istiqamətlərdə məktəblər yaradılıb… Amma səsilə, istedadı ilə hörmət və ehtiram qazanmış Aydın Qaradağlı adına, heç bir şeyimiz yoxdur. Heç balaca (?) bir döngəmiz də yoxdur. Əlbəttə, düşünmək üçün bu kiçik bir arayışdır.
Fikrim başqadır. Ötən günlərin birində İctimai Televiziyasında “Qonağım ol!” (səhv etmirəmsə) verilişində pofessor, İslam tarixinin formalaşmasında, ərəb dilinin inkişaf etdirilməsində müstəsna xidmətləri olan ölkənin televiziya verilişlərinin hazırlanmasında birbaşa auditoriyalarla ünsiyyət yaradan proqramların hazırlanmasında, dövlətçilik ənənələrinin inkişafında böyük (amma deyilməyən və təbliğ olunmayan) xidmətlər sahibi Bakı Dövlət Universitetinin propfessoru Vüqar Aydın oğlu Qaradağlı haqqında maraqlı (çox maraqlı bir verilişə baxdıq. Bu bəlkə də çoxdan gözlənilən veriliş proqramlarından biridir. Nəhayət İctimai Televiziya öz proqramlarında işi və əməli ilə əsl azərbaycanlının simasını göstərə bildi. Xatırladım ki, bu veriliş İctimai TV-nin ən böyük qələbəsi idi. O verilişə düşmən də baxdı, dost da baxdı. Nəhayət elm aləmində məlum olan, lakin ağzı həmişə bağlı olan xəzinə sandığının birinin qapağı açıldı. Uzun müddət bu sandığın açarı həmişə düşmən cibində olub. Fikrimcə tarixi ləngitmək olar, ancaq onu məhv etmək olmaz və bu mümkün deyil.
Damarlarında təmiz azərbaycanlı qanı axan professoru, elm adamlarını, zəka və mənəviyyat sahiblərini qorumaq bizim şərəf işimizdir. Və bütün bunlardan sonra xatırlatmaq yerinə düşər: – Çox hörmətli Vüqar müəllim, Sizin böyük istək və məhəbbətlə adını çəkdiyiniz, hətta xəritəsini göstərdiyiniz Qaradağlı kəndi və yaxud Qaradağlı məhəlləsi haqqında toplanmış arxiv sənədləri bu gün (148 səhifəlik, xəritələrlə bir yerdə) daha yoxdur. O sənədlər Siz ATV kanalında işləyərkən oğurlandı. Nə üçün, bunu bilən olmadı.
Hər halda Sizin tanınmış ictimai-siyasi bir xadimin ekrana çıxmanız böyük hadisədir.

Rövşən Novruzoğlu,

Beynəlxalq Terrorizmə və Korrupsiyaya
Qarşı Mübarizə Strateji Araşdırmalar
Mərkəzi”nin direktoru, siyasi elmlər üzrə
fəlsəfə doktoru, professor, politoloq

Share: