İbrahim Tatlısəs: “Evlənərəm, uşağım da olar…”

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəsin açıqlaması gündəmə bomba kimi düşüb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, hələ özünü cavan hiss etdiyini deyib: “Evlənsəm yenə uşaq sahibi ola bilərəm”.

İmperator qarşılaşdığı silahlı hücumdan sonra məhv olduğunu düşünənlərə yeddi il sonra cavab verib: “Yalnız səsim bir müddətə itdi. Səsim geri qayıdacaq. İndi xırda-xuruş bir neçə işim var. Onları həll edim, yenə də mahnı oxuyacam. Yenə həmin İbrahim Tatlısəs olacam “.


Müstəqil.Az

Share: