Hollivud yazıçılarının tətili səbəbindən “Blade” filminin çəkilişləri dayandırıldı

Marvel Studios “Blade” filminin çəkilişlərini Amerika Yazıçılar Gildiyasının tətilinə görə dayandırıb.

Kulis.az xəbər verir ki, bu barədə “The Hollywood Reporter” məlumat yayıb.

Məlumatda qeyd olunub ki, studiya filmin çəkilişlərinə iyun ayında başlamalı idi. İndi istehsal yalnız tətil başa çatdıqdan sonra davam edəcək.

“Blade” “Yaşıl kitab” və “Əsl detektiv” layihələri ilə tanınan aktyor Maherşala Əlinin rolunu canlandıracağı vampirin hekayəsindən bəhs edəcək. Filmdə Delroy Lindo və Aaron Pierre də çəkiləcək. Filmin premyerası 6 sentyabr 2024-cü il tarixinə planlaşdırılır.

Xatırladaq ki, mayın əvvəlində Hollivud yazıçıları maaşların aşağı olması səbəbindən son 15 ilin ən böyük tətilini təşkil etmək qərarına gəliblər.

Share: